“İlin kitabxanaçısı” seçiləcək
Cari ildə kitabxana ictimaiyyəti arasında “İnformasiya təminatında ən yaxşı elmi-texnoloji yenilik”, “Ən yaxşı məqalə” və bir sıra digər nominasıyaları nəzərdə tutan “İlin kitabxanaçısı” müsabiqəsinin keçirilməsi təklif edilir.
Bu təklif AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) ilk iclasında GAMŞ sədri Nərminə Abdullayeva tərəfindən irəli sürülüb. MEK-dən bildirilib ki, iclasda 2014-cü ildə qarşıya qoyulan məsələlər, idarəetmə heyəti üzvlərinin vəzifə bölgüsü, Şuranın əsasnamə layihəsi dəyirmi stol arxasında fəal müzakirə olunub. Şura sədri və üzvləri tərəfindən müxtəlif təkliflər irəli sürülüb, təkliflərin həyata keçirilməsi yönündə fikir mübadiləsi aparılıb.
Həmçinin N.Abdullayevanın irəli sürdüyü digər təkliflərə “AMEA Mərkəzi Elmi Kitabxanasının Gənc Alim və Mütəxəssislərinin məqalələr məcmuəsi”nın hazırlanması və nəşr etdirilməsi, gənc alim və mütəxəssislər üçün innovasiya seminarlarının təşkili və s. daxildir.
Qurumdan bildirilib ki, bu və digər nəzərdə tutulan məsələlər AMEA MEK-in direktoru f.ü.e.d. A. Əiyeva-Kəngərli ilə müzakirə olunduqdan sonra fəaliyyət planında öz təsdiqini tapacaq.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL