“HP” şirkətini istehsal profilini dəyişməyə nə vadar edir?
Fərdi kompyuterlərə tələbatın aşağı düşməsi istehsalçıları öz imkanlarını yeni seqmentlərdə yoxlamağa vadar edir. Hətta “Hewlett-Packard” kimi nəhəng şirkət belə öz istehsal profilini dəyişmək istəyir. “The Wall Street Journal” nəşrində “HP” şirkətinin avtomobil və məişət texnikası istehsalçıları ilə razılaşmaq və onları istehsal etdikləri məhsullarda “webOS” əməliyyat sistemindən istifadənin perspektivliliyinə inandırmaq cəhdləri haqqında yazıb.
“HP” şirkətinin digər seqmentləri öyrənmək və “webOS” əməliyyat sisteminə maraq oyatmaq planları haqqında iyun ayında şirkətin rəhbəri Leo Apoteker məlumat verib. O bildirib ki, şirkət bu barədə bir sıra istehsalçılarla danışıqlara başlamağı güman edir. Apotekerin sözlərinə görə, sensor idarə sistemi ilə olan “webOS” əməliyyat sistemi texnikanın funksionallığını əhəmiyyətli dərəcədə genişləndirməyə və alıcıların marağını stimullaşdırmağa kömək edə bilər. Məsələn, mətbəx lövhəsində düymələri, sensor ekranla əvəz etmək adi funksiyaların icra edilməsindən əlavə ekran şəbəkədən yüklənmiş reseptləri əks etdirmək mümkün ola bilər.
Təəssüf ki, istehsalçılar “Hewlett-Packard” ilə əməkdaşlıq etməyə hələ tələsmirlər. Mənbənin fikrincə, bunun səbəbi “HP” şirkətinin belə təkliflə digər şirkətlərdən bir qədər sonra çıxış etməsidir. Bu vaxt ərzində istehsalçılar ya artıq öz ixtisaslaşdırılmış proqram təminatını yaradıblar, ya da “Google” və ya “Windows” platformaları əsasında olan hazırlamalardan istifadə edirlər.
www.dailycomm.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL