“LTE” şəbəkəsini dəstəkləyən ilk planşet kompüter təqdim olunub
“Nvidia” şirkəti “LTE” şəbəkəsini dəstəkləyən ilk “Tegra NOTE 7” planşet kompüterini təqdim edib.
1280х800 pikselli 7 düym diaqonallı ekrana malik planşet 5 meqapikselli əsas və ön “VGA” kameraları ilə təchiz edilib. Qurğu dördnüvəli “Nvidia Tegra 4” prosessorunun bazası əsasında hazırlanıb.
2014-cü ilin ikinci rübündə dünya bazarına satışa çıxarılacaq aparatın ABŞ-da vergilərsiz qiyməti 299 dollar təşkil edəcək.
“Nvidia” şirkəti məşhur videoplata, qrafik prosessor və smartfon və planşetlər üçün komponentlər istehsalçısıdır. Bununla yanaşı, smartfon və planşetlər bazarında şirkətin mobil prosessorlar istehsalçıları arasında satış həcmi hələ ki cüzidir. Bunun səbəblərindən biri “Nvidia” çiplərinin qrafik hissəsinin kifayət qədər məhsuldar olması ilə əlaqədardır. Lakin onu da qeyd edək ki, şirkət əvvəllər dördüncü nəsil şəbəkələrində işləyən mobil qurğular üçün çiplərin istehsalı ilə məşğul olmayıb. Hazırda mobil qurğular üçün əsas çip istehsalçısı "Qualcomm”, “Mediatek” və “Samsung” şirkətləridir, - "Digit www.digit.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL