“Huawei” yeni mobil həllərini təqdim edib
"Mobile World Congress 2014" sərgisinin ilk iş günü Çinin "Huawei" şirkəti yeni "Ascend G6", "Mediapad M1" və "Mediapad X1 4G" qurğularını təqdim edib. Qurğuların hər üçü LTE Cat 6 rabitə standartını dəstəkləyir və "Android 4.2 Jelly bean" sistemi ilə işləyir. "Huawei" şirkətinin direktoru Riçard Yyu deyib ki, yüksəksürətli LTE qoşulmalarının dəstəklənməsi aparatların əsas üstünlüyüdür.
"Bu il LTE qlobal standarta çevrilir" – o deyib.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətdən bildirilib ki, "Ascend G6" smartfonu əsasən, məlumat mübadiləsi üçün nəzərdə tutulub. Korpusunun qalınlığı 7,5 mm, uzunluğu 130 mm təşkil edir. Həmçinin iki istifadəçi interfeysi texnologiyasından istifadə olunur. Aparat, həmçinin 5 meqapiksellik ön və 8 meqapiksellik arxa kamera, 1.2 QHs takt tezlikli "Qualcomm" prosessoru və 1 QB əməli yaddaşla təchiz edilib.
"Mediapad M1" qurğusu "iPad Mini"yə rəqibdir və 1280x800 piksel təsvir ölçülü 8 düymlük ekran, həmçinin 1,6 QHs takt tezlikli dördnüvəli çip, akkumulyatorun həcmi 4800 milliamper/saat təşkil edir.
Şirkətin məlumatına əsasən, "Mediapad X1" planşeti öz sinfində nazikdir və 239 qr çəkiyə malikdir. 13 və 5 meqapiksellik kameralara malikdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL