waplog

“Samsung” şirkəti ikinci nəsil "ağıllı” saatlarını təqdim edib


"Samsung" şirkəti Barselonada keçirilmiş mətbuat konfransında "Gear" "ağıllı" saatlarının ikinci nəslini təqdim edib: "Gear 2" və "Gear 2 Neo". "Gear 2" smart saatı daxili iki meqapiksel təsvir ölçülü kamera ilə təchiz edilib, "Gear 2 Neo"nun çəkisi 55 qr, "Gear 2" isə 68 qr-dır.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni saatları sentyabrda təqdim edilmiş sələfindən fərqləndirən əsas cəhət əməliyyat sistemidir. Yeni qurğular "Tizen" sistemi ilə işləyir, halbuki birinci nəsil cihazlar "Android" platforması ilə işləyir. "Tizen" əməliyyat sistemi "Linux" nüvəsinə əsaslanır; oktyabrda nümayiş etdirilmiş "Samsung NX300M" fotoaparatı onun əsasında işləyən birinci qurğu olub.

 
Bundan başqa, "Samsung" yeni saatlarda qurğunun birinci nəslində aşkar edilmiş çatışmazlıqları aradan qaldırıb. İkinci nəsil qurğular batareya ilə iki-üç gün işləyə bilər. Maraqlıdır ki, yeni smart saatlarda akkumulyatorun çəkisi azalıb.

Saatların xarici görünüşü də dəyişdirilib: belə ki, kamera və mikrofon artıq qurğunun korpusunda yerləşir. Birinci nəsil saatlarda onlar qayışa quraşdırılmışdı ki, bu da onların dəyişdirilməsini çətinləşdirib.

Saatlar 1 QHs takt tezlikli ikinüvəli prosessor və 1,63 düymlük sensor ekranla təchiz edilib. Daxili yaddaşın həcmi 4 QB, əməli yaddaş isə 512 MB təşkil edir. Qurğu nəbz ötürücüsü ilə təchiz edilib; bundan başqa, saat toz və sudan qorunub.

"Samsung" hələ ki saatların qiymətini açıqlamayıb, yalnız dəqiqləşdirib ki, onlar 2014-cü ilin aprelində satışa çıxarılacaq. Qurğu onlarla "Galaxy" smartfonu ilə uyğun olacaq. Xatırladaq ki, birinci nəsil saatlar çıxarıldıqda yalnız iki aparatla işləyib: "Note 3" smartfonu və "Note 10.1 2014 Edition" planşeti.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL