waplog

“Xperia Tablet Z2” planşeti təqdim edilib


Yaponiyanın "Sony" şirkəti fevralın 24-də Barselonada öz işinə başlamış "MWC" sərgisində "Xperia Tablet Z2" planşetini təqdim edib. Cihaz bir il bundan əvvəl çıxarılmış "Tablet Z" planşetinin daha nazik və daha yüngül versiyasıdır.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni aparatın çəkisi 439 qramdır və qalınlığı 6,4 millimetrdir. Sələfi "Tablet Z" planşetinin qalınlığı 6,9 mm, çəkisi 494 qr olub. Müqayisə üçün, "iPad Air" planşetinin qalınlığı 7,5 mm, çəkisi isə 469 qr-dır.

"Xperia Tablet Z2" planşet kompüteri toz və rütubətdən qorunub. Cihaz bir metr dərinlikli suda 30 dəqiqə qala bilər.

Aparat 1920x1080 nöqtə təsvir ölçülü 10,1 düymlük ekran, "Snapdragon 801" dördnüvəli prosessoru ilə təchiz edilib və "Android 4.4" mobil əməliyyat sistemi ilə işləyir. 3 QB əməli yaddaşa malikdir.
Planşet 2014-cü ilin martında satışa çıxarılacaq. Qiyməti hələ ki açıqlanmayıb. Aparat ağ və qara rəngli korpuslarda təklif olunacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL