waplog

Mobil operatorların gəlirləri artıb


Azərbaycan mobil operatorlarının gəlirləri artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, 2013-cü ildə informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 1 milyard 528 milyon 100 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,7 faiz çox xidmət göstərilib.
 
Əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin payı 72,4 faiz təşkil edib. Xidmətlərdən əldə olunmuş gəlirlərin 59,1 faizi mobil telefon rabitəsindən yaranmış və 2012-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 17,4 faiz artaraq 902,5 milyon manat təşkil edib.
 
Başqa sözlə, mobil operatorlar arasında rəqabətin artması fonunda mobil telefon rabitəsindən əldə olunan gəlirlər təxminən 130 milyon manat artıb.
 
Seymur
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL