128 giqabayt tutumlu ilk yaddaş kartı buraxılıb
Barselonada keçirilən "MWC 2014" sərgisində "SanDisk" şirkəti dünyanın ilk 128 giqabayt tutumlu "microSDXC" formatlı yaddaş kartını nümayiş etdirib. Artıq satışa çıxarılan kartın tutumu 16 saatlıq "Full HD" (1080р) formatlı videonu yazmağa kifayət edir.
"MicroSD" ilə müqayisədə qiyməti 200 dollar təşkil edən "microSDXC" formatlı yaddaş kartlarında məlumatların yazılma sürəti iki dəfə yüksəkdir. Əvvəllər bazarda ən tutumlu kart 64 giqabayt tutumlu modellər olub.
"SanDisk" şirkəti kiçik korpusa iritutumlu məlumatları yerləşdirmək üçün böyük iş görüb. Kartın daxilində bir-birinin üstündə on altı nazik yaddaş bloku yer alıb.
ABŞ-da kartı "Best Buy" və ya "Amazon" internet mağazalarından əldə etmək mümkündür. Ekspertlər bir neçə ay ərzində kartın qiymətinin 200 dollardan aşağı düşəcəyini proqnozlaşdırırlar, - "Vesti www.vesti.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL