“HTC” 2 yeni smartfonu birdən təqdim etdi
“HTC” şirkəti Barselonada start götürmüş “Mobile World Congress (MWC) 2014” sərgisi çərçivəsində keçirdiyi mətbuat konfransında iki yeni “Android” smartfonu nümayiş etdirib.
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Desire 816” aparatı 5,5 düymlük ekran (720p), videoçat üçün yüksək keyfiyyətli ön kamera, həmçinin ön paneldə iki ön stereodinamikası ilə təchiz olunub. Aparat “Android” əməliyyat sistemi ilə işləyir.
“816” modeli 1.6 QHs takt tezlikli “Qualcomm Snapdragon 400” prosessoru, 1.5 QB əməli, 8 QB daxili yaddaş, microSD (maksimum 64 QB) kartları üçün slotla təchiz edilib. Arxa kameranın təsvir ölçüsü 13 meqapikseldir. Akkumulyator batareyasının tutumu 2600 milliamper/saatdır. Smartfonun ölçüləri 156,6x78,7x7,99 mm, çəkisi isə 165 qr-dır.
Aparat ilk öncə martda Çində, apreldə isə başqa ölkələrdə çıxarılacaq. Qiyməti hələ açıqlanmır.
“Desire 610” smartfonu qHD təsvir ölçülü 4,7 düymlük ekran, 1.2 QHs takt tezlikli “Snapdragon 400” çipi, 1 QB əməli yaddaş, 8 QB fləş-yaddaş, 2040 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 8 və ön kamerada isə 1,3 mp-dir. Aparat Avropada may ayında satışa çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL