Naxçıvanda Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinə baxış keçirilib
Məlum olduğu kimi, Naxçıvanda "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi yaradılıb.
Naxçıvan Muxtar Respublikası (MR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzində yaradılan şəraitlə tanış olub.
Naxçıvan MR-in rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov məlumat verib ki, idarəetmə mərkəzi üçün ərazidə yeni inzibati bina tikilib və idarəetmə antenası quraşdırılıb. Binada sistem, idarəetmə və elektrik otaqları, eləcə də mətbəx və istirahət otağı istifadəyə verilib. Sistem və idarəetmə otaqlarında ən müasir avadanlıqlar quraşdırılıb, işçilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Binada təhlükəsizlik tədbirlərinə tam əməl edilib, yanğından avtomatik mühafizə sistemi və videomüşahidə kameraları quraşdırılıb. Əsas idarəetmə mərkəzində yaranan hər hansı texniki nasazlıq zamanı idarəetmə avtomatik olaraq Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinə ötürülür. Bu da "Azərspace-1" peykinin kəsintisiz idarə və istismar olunmasına imkan verir.
Ali Məclisin sədri idarəetmə mərkəzinin muxtar respublikada dayanıqlı rabitə xidmətlərinin göstərilməsində və telekommunikasiya infrastrukturunun inkişafında mühüm əhəmiyyətə malik olacağını bildirib, yerli mütəxəssislərin yetişdirilməsi və təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması barədə tapşırıqlar verib.
Qeyd edək ki, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin Naxçıvanda yaradılması muxtar respublika üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, idarəetmə mərkəzi muxtar respublikada informasiya təhlükəsizliyinin təmin edilməsi, elmtutumlu yeni layihələrin icrası, keyfiyyətli teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, eləcə də "elektron hökumət"in formalaşdırılması prosesini xeyli sürətləndirəcək.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL