Cənubi Koreya dünyanın ilk “Ultra HD” formatında televiziya kanalını istifadəyə verəcək
Cənubi Koreyanın televiziya efirində ultra yüksək dəqiqlikli formatda (Ultra HD) ilk proqramlar planlaşdırıldığı tarixdən altı ay əvvəl tamaşaçıların ixtiyarına veriləcək.
Cənubi Koreya adi “HD” təsvir ölçüsünü dörd dəfə üstələyən televizorların geniş satışına başlamış ilk ölkələrdən biri hesab edilir. Hazırda isə Cənubi Koreya dünyada “UHD” formatında birbaşa televiziya yayımını istifadəyə verən ilk ölkə adı uğrunda Yaponiyanı ötməyə hazırlaşır.
“Korea IT Times” nəşrinin məlumatına görə, bundan əvvəl “Ultra HDTV” proqramlarının 2014-cü ilin yanvarından sınaq yayımlarına başlamağı planlaşdıran Koreya Kabel Televiziyası və Telekommunikasiya Assosiasiyası (KCTA) hazırda ümid edir ki, bu formatda sınaq yayımlarına başlayacaq beş şirkət artıq cari ildən tamaşaçılara müntəzəm “UHD” yayımını təqdim edə biləcək. Texnologiyanın 2015-ci ilin sonunadək kommersiya istifadəsinə verilməsi nəzərdə tutulur.
Cənubi Koreya kimi Yaponiya da “UHD” siqnalın tamaşaçıların televizorlarına ötürülməsini təmin edəcək infrastruktur və texnologiyaların inkişafına xeyli investisiya yatırıb. Lakin Yaponiyanın planları daha böyükdür. Belə ki, gündoğar ölkə bu il keçiriləcək futbol üzrə Dünya çempionatının final oyununu yeni standartda yayımlamaq niyyətindədir ki, bu da dünyada ultra yüksək dəqiqlikli formatda sınaq rejimində deyil, rəsmən yayımlanan ilk televiziya verilişi olacaq.
Hazırda Cənubi Koreyanın ilk “UHD” kanalının efirində hansı proqramların yayımlanması və proqramları qəbul edəcək ev təsərrüfatlarının sayı barədə məlumat verilmir, - “Mediasat www.mediasat.ua” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL