Elektron kitabxanalarla bağlı Milli Məclisə müraciət olunub
Azərbaycanda nəşr olunan kitabların elektron variantının Milli Kitabxanaya təqdim edilməsi ilə bağlı Milli Məclisə müraciət edilib. Bu barədə mətbuata M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov məlumat verib.
Onun qənaətincə, nəşriyyatlar çap etdikləri kitabların elektron variantını kitabxanaya göndərmədiyi üçün bu sahənin inkişafı, şəbəkənin genişlənməsi çətinləşir. Direktorun sözlərinə görə, elektron kitabxana sahəsində ən böyük problem müəllif hüquqları məsələsidir.
Bu problemin bütün dünyada mövcud olduğunu önə çəkən K.Tahirov Türkiyə təcrübəsini misal çəkərək bildirib ki, qardaş ölkədə çap olunan kitabların elektron variantları məcburi qaydada kitabxanaya göndərilir:
“Ona görə də Milli Məclisə müraciət edib bildirmişik ki, “Kitabxana işi haqqında” qanuna düzəliş edilsin. Nəşriyyatlar çap etdikləri kitabların elektron variantını Milli Kitabxanaya məcburi göndərsinlər. Nəşriyyatların hansısa kitabın elektron variantını 20 qəpiklik diskə yazıb göndərməsi çətin iş deyil. Biz isə həmin kitabın hazırlanmasına həftələrlə vaxt sərf edirik. Düşünürəm ki, Milli Məclis bu məsələni müsbət həll edəcək. Bu, bütün dünyada qəbul olunan formatdır. Təəssüf ki, bizdə bu problemlər mövcuddur. Milli Kitabxananın elektron kitabxanasında 1,5 milyondan artıq informasiya resursu var. Biz Milli Kitabxanaya daxil olan kitabların elektron versiyasını yaradıb lokal şəbəkədə yerləşdiririk. Arxiv fondunda olan materialların tam şəkildə elektron kitabxanasını yaratmışıq. Hətta qəzetlərin elektron versiyalarını yaradırıq. Məsələn, “Azərbaycan”, “Kommunist”, “Ədəbiyyat qəzeti”, hətta ötən əsrin əvvəllərində çap olunan “Əkinçi”, “İrşad”, “Həyat” qəzetlərinin elektron versiyalarını hazırlayırıq”.
Seymur
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL