waplog

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə RİTN-in Əsasnaməsinə dəyişiklik edildi


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə"ni "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə"yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 619; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 533, № 12, maddə 983; 2011, № 2, maddə 85) aşağıdakı məzmunda 10.37-1-ci bənd əlavə edilsin:


"10.37-1. "Elektron hökumət" portalının yaradılmasını, idarə olunmasını, fəaliyyətini və inkişafını təmin edir;".


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2014-cü il.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL