Avropa İttifaqı rouminq xidmətini ləğv etmək niyyətindədir
Avropanın qanunvericilik orqanları 2015-ci ilədək rouminq rabitə xidməti üçün əlavə ödənişi ləğv etməyi planlaşdırır. Bunun sayəsində istifadəçilər rabitə xidmətləri üçün əlavə ödəniş etmədən Avropa ölkələri üzrə səyahət etmək imkanı əldə edəcəklər. Bundan başqa, operatorlara internet bağlantısının sürətini məhdudlaşdırmaq qadağan ediləcək.
Rouminqin ləğv edilməsi ilə bağlı planları Avropa İttifaqının rəqəmli inkişaf məsələləri üzrə komissarı Nelli Kroes açıqlayaraq rouminqin sadə insanlara mane olması ilə yanaşı, şirkətlər üçün sərfəli olmamasını bildirib. O, fikrini insanların sadəcə olaraq bahalı rabitə xidmətlərindən imtina etməsi ilə əsaslandırıb. “Bu, iqtisadi ağılsızlıqdır”, - deyə Aİ təmsilçisi qeyd edib.
“Eurobarometr” şirkətinin ictimai fikrin öyrənilməsi üçün keçirdiyi sorğudan məlum olub ki, avropalıların 47 faizi Aİ ölkələri üzrə səyahət edən zaman mobil interneti söndürür, yalnız on nəfərdən biri elektron poçtdan adi rejimdə istifadə etməkdə davam edir, dörddə bir hissəsi isə sadəcə telefonlarını şəbəkədən ayırır.
Avropa parlamenti N.Kroesin ideyasına dəstək nümayiş etdirib. Belə ki, Aİ komissarı rouminqin 2017-ci ildə ləğvini təklif edirdisə, Avropa parlamenti daha operativ tədbirlər təklif edib. “15 dekabr 2015-ci il tarixindən etibarən rouminq xidməti provayderlərinə Avropa İttifaqına üzv ölkələrin ərazisində istənilən rabitə növü üçün əlavə ödənişin tətbiqi qadağan edilir”, - rəsmi sənədlərdə deyilir.
Həmçinin nəzərdə tutulur ki, operatorlar ümumilikdə internetə çıxışı azaltmaqla servislərə maksimal sürətdə çıxışı təmin etmək üçün müxtəlif internet şirkətləri ilə saziş imzalaya bilərlər. “Operatorlar müəyyən servislərə sürətli çıxışı təmin etməklə ümumilikdə bağlantının sürətinin azalmasına səbəb olmamasını izləməlidirlər”, - qanunverici orqanların tələblərində vurğulanır.
Qanun layihəsinin Avropa parlamentinin üzvləri və 28 ölkənin milli hökuməti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcəyi gözlənilir. Bununla belə, ekspertlər qanun layihəsinin həyata keçirilməsi imkanlarını yüksək qiymətləndirirlər, - “Vesti www.vesti.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL