Müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını dəstəkləyən investisiya layihələri qəbul olunacaq
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.
Sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.
AZPROMO-dan qeyd edilib ki, investisiya təklifləri birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim ediləcək. İnvestisiya layihələri “Layihənin adı və həyata keçiriləcəyi yer”, “Layihənin məqsədi və təsviri”, “Layihənin dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü”, “Layihənin həyata keçirilmə və özünü ödəmə müddəti”, “Layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt))” kimi məlumatları özündə əks etdirməlidir. Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarında və ya çap şəklində təqdim edə bilərlər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL