waplog

Avtomatlaşdırılmış gəmilər istehsal ediləcək


“Bloomberg”in informasiyasına görə, Britaniyanın “Rolls-Roys” sənaye şirkəti avtomatlaşdırılmış gəmilər yaratmaq fikrindədir: komandanın iştirakı olmadan sərbəst şəkildə dəniz yolları ilə yükləri çatdıra biləcək. Məlumata əsasən, hazırda şirkətin “Blue Ocean” bölməsi müvafiq həll üzərində işləyir və bildirilir ki, robotlaşdırılmış gəmilər sayəsində dəniz nəqliyyatı daha ucuz, təhlükəsiz olacaq.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda Norveçdə “Rolls-Roys”un tədqiqat bölməsi 360 dərəcə görmə sisteminə və qlobal peyk naviqasiyası sistemi əsasında avtomatik qərarların qəbul olunması imkanına malik gəminin virtual reallıq sistemi ilə təchiz edilmiş prototipini hazırlayıb. Bununla belə, şirkət deyib ki, hələ ki robot gəmidə xeyli problemlər qalmaqdadır və onları təxminən bir il ərzində aradan qaldırmaq mümkün olacaq.

“Bloomberg” agentliyi yazır ki, gəminin heyətlə birgə icarəsi gün ərzində təxminən 3300 dollardır və ümumi yükdaşımalarının 44 faizi dəniz vasitəsilə həyata keçirilir. Robotlaşdırılmış gəmilərin yaradılması ən azı daşıma dəyərini iki dəfə azaldar.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL