Mobil texnologiyaların tətbiqi biznesə həftədə 7,5 saata qənaət etməyə imkan verir
Mobil texnologiyalar sayəsində vaxt və pul vəsaitlərinə qənaət etmək mümkün olur. Bu barədə "Intuit" şirkətinin Avstraliya kiçik biznesinin nümayəndələri arasında apardığı tədqiqatdan məlum olub. Mobil texnologiyalardan istifadə etməklə gəlirlərin artması, hətta bütün şirkətlər onların potensialından tam yararlanmasa da, müşahidə edilir.
Kiçik biznesin rəyi soruşulan nümayəndələrinin təxminən 90 faizi qeyd edib ki, mobil qurğulardan istifadə bu və ya digər halda işə müsbət təsir göstərib. Respondentlərin 63 faizi mobil texnologiyaların onlara həftədə orta hesabla 7,5 saat vaxta qənaət etməyə imkan verdiyini vurğulayıb ki, bu da il ərzində doqquz iş gününə - iki aya bərabərdir. Sorğu iştirakçılarının 37 faizi mobil qurğular vasitəsilə biznes məlumatlarına çıxışın olması sayəsində gəlirlərinin təxminən 8 faiz artmasını deyib.
18-34 yaşlı gənc sahibkarlar mobil texnologiyaların biznesə daha çox müsbət təsir göstərməsini qeyd edir. Belə ki, bu yaş qrupu arasında rəyi soruşulanların 10 faizi mobil texnologiyalar sayəsində gəlirlərinin artdığını açıqlayıb. Bu yaş qrupundan olan iş adamları mobil qurğulardan istifadəyə gündə 5 saat vaxt sərf ediblər.
Gənc sahibkarların 42 faizi həmçinin hesab edir ki, hazırda onlar biznesdə mobil texnologiyaların potensialından tam istifadə edir, halbuki bütün yaş həddindən olan sahibkarları əhatə edən respondentlərin ümumi sayında onların sayı 26 faiz təşkil edib. Hər onuncu gənc iş adamı bildirib ki, işgüzar xidmətlərə mobil çıxış həftədə 20 saat iş vaxtına qənaət etməyə imkan verir.
Sorğu zamanı respondentlər ilk növbədə mobil texnologiyaların məhsuldarlığın artmasına (70 faiz), müştərilərlə qarşılıqlı əlaqənin sürətlənməsinə (52 faiz), əmək səmərəliliyinin güclənməsinə (47 faiz), texniki dəstəyin keyfiyyətinin yaxşılaşmasına (41 faiz) və ofisdə iş masasından asılılığın azalmasına (42 faiz) təsir etdiyini xüsusi qeyd edirlər, - "CNews www.cnews.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL