2013-cü ilin dördüncü rübündə serverlərin tədarük həcmi 3.2 faiz artıb
"Gartner" analitik şirkətinin hesabatına əsasən, 2013-cü ilin dördüncü rübündə qlobal server tədarükünün həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 2,6 milyon olub.
"ICTnews" elektron xəbər xidməti "1prime.ru" saytına istinadən bildirir ki, 2013-cü ilin dördüncü rübündə server bazarının həcmi 13,66 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 6,6% azdır. Hesabat rübündə ən sürətli artım Asiya regionunda qeydə alınıb, burada serverlərin tədarük həcmi 2012-ci ilin dördüncü rübü ilə müqayisədə 16 faiz artıb. Şimali Amerikada müvafiq dövrdə serverlərin tədarük həcmi əvvəlki səviyyəsini saxlayıb.
2013-cü ilin dördüncü rübündə qlobal server bazarının lideri bazara 721 min qurğu tədarük etmiş "Hewlett Packard" (27.9 faiz) şirkəti olub. Hesabat dövründə şirkət 3,8 milyarddan çox dollar (bazarın 28.1 faizi) qazanıb.
2013-cü ilin dördüncü rübündə serverlərin tədarük həcminə görə liderlər üçlüyünə, həmçinin "Dell" və "IBM" şirkətləri daxil olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL