“Startup Turkey 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə görüş keçiriləcək
Martın 1-də “Startup Turkey 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü (rektorluq binasının akt zalı) keçiriləcək.
Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə təşkil edilən görüşdə arzu edən hər kəs iştirak edə bilər.
Universitetdən bildirilib ki, görüşdə proqram iştirakçılarına təəssüratların bölüşdürülməsi üçün imkan yaradılacaq, paneldə müzakirələr aparılacaq. Həmçinin tədbirdə “QUTechnopark”ın təşkil etdiyi “Yeni Fikir Müsabiqəsi 2013” layihəsi əsasında keçirilmiş Türkiyədə Texnopark Təcrübəsi Proqramı (TTTP) - “Gənc Təşəbbüskarların İnnovasiya Təcrübəsi Proqramı”nın iştirakçılarına sertifikatlar təqdim ediləcək. Eyni zamanda görüş iştirakçıları “QUTechnopark”la tanışlıq imkanı əldə edəcəklər.
Qeyd edək ki, 20-22 fevral tarixlərində Antalya şəhərində keçirilən “Startup Turkey 2014”-də dünyanın 20-yə yaxın ölkəsindən 75 startap, 150 investor iştirak edib, tədbir əsasında seminar-konfranslar, investorlarla startapçılar arasında müxtəlif görüşlər və s. proqramlar keçirilib, yeni ideyalar, yeni startaplar təqdim olunub, məşhur mentorların iştirakı ilə panellər keçirilib. Həmçinin biznesin inkişafında dünyanın müasir maraqları və regional potensiallar təhlil edilib. “Startup Turkey 2014” proqramında Azərbaycandan “QUTechnopark”ın direktoru, dosent İsa Qasımov, Yüksək Texnologiyalar Parkının nümayəndəsi Ülvi Aslanov, həmçinin 7 startap layihəsi də - “MultiBon”, “Manads”, “Modaha”, “Nettrends”, “Socset”, “VitalCV” və “Loupse” iştirak ediblər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL