waplog

Strateji Araşdırmalar Mərkəzinin saytının fəaliyyətində fasilə yaranıb


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəsmi internet resursunun (www.sam.gov.az) fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, saytın fəaliyyətində yaranan fasilə texniki işlərin aparılması ilə əlaqədardır.

Qeyd edək ki, Strateji Araşdırmalar Mərkəzi dövlət elmi tədqiqat təşkilatıdır. Mərkəzin əsas məqsədi ölkənin inkişafının müxtəlif istiqamətləri, o cümlədən geosiyasət, təhlükəsizlik, dövlət quruculuğu, regionların inkişafı, mövcud problemlərin həlli və digər mühüm sahələr üzrə elmi araşdırmaların nəticələri və proqnoz-analitik xarakterli məlumatlar ilə Azərbaycanın ali dövlət hakimiyyəti orqanlarının təmin edilməsindən ibarətdir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL