“NASA” astronomları 715 yeni ekzoplanet kəşf ediblər
“Kepler” kosmik rəsədxanasının topladığı materialların tədqiqi ilə məşğul olan ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) astronomları 715 yeni ekzoplanetin kəşf edilməsini təsdiq ediblər. Bu barədə agentliyin məlumatında deyilir.
Əvvəllər “NASA” “Kepler”dən əldə etdiyi məlumatlara görə, Günəş sistemindən kənarda 246 planetin yerləşməsi haqqında təsdiq edilmiş məlumata malik olub. Hazırda isə astronomlar ümumilikdə təxminən 1,7 min ekzoplanet haqqında təsdiq olunmuş məlumata sahibdirlər.
“NASA”-nın məlumatında deyilir ki, “Kepler”in aşkar etdiyi ekzoplanetlər 305 ulduz ətrafında dövr edir. Yeni ekzoplanetlərin təxminən 95 faizi Yer kürəsindən dörd dəfə böyük olan Neptun planetindən kiçikdir. Aşkar edilən ekzoplanetlərin dördü Yer kürəsindən 2,5 dəfə böyükdür və səthində suya maye şəklində olmağa imkan verən məsafədə öz ulduzları ətrafında dövr edir.
2009-cu ilin martında orbitə çıxarılan “Kepler” kosmik rəsədxanası ulduzların işıqlılığının mütəmadi azalmasını müşahidə etməklə ekzoplanetlərin axtarışı ilə məşğul olub. Parıltısı müntəzəm dəyişən ulduzlar potensial planet sahibləri hesab edilir. Bu barədə məlumatlar sonradan diqqətlə yoxlanılaraq ekzoplanetlərin mövcudluğu haqqında nəticəyə gəlinir.
2013-cü ilin mayında “Kepler”də dörd giroskopdan ikincisi sıradan çıxıb və həmin ilin avqustunda rəsədxana iş qabiliyyətini itirmiş hesab edilsə də, ondan alınan məlumatların emalı indiyədək davam edir. Rəsədxananın fəaliyyəti dövründə ümumilikdə 3,6 min ekzoplanet namizədi haqqında məlumat əldə edilib, - "Lenta www.lenta.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL