“Azercell” hesabat verdi
“Azercell Telekom” MMC ötən ilin nəticələrinə həsr edilən mətbuat konfransı keçirdi. Şirkətin prezidenti Kirill Qaburiç mətbuat nümayəndələrinə bildirdi ki, 2013-cü il üçün əsas nailiyyət, şəbəkənin 20%-ə qədər rekord səviyyədə gücləndirilməsi olub:
“Ötən il ərzində “Azercell Telekom” 1200-dən artıq yeni baza stansiyası quraşdırdı ki, bunlar da bütün ölkə boyu səs xidmətləri və internet-rabitənin yüksək keyfiyyətini təmin etməkdədir. 2013-cü ilin sonuna “Azercell Telekom” MMC-nin şəbəkəsi 5500 baza stansiyadan ibarət olub ki, onların da 260-dan çoxu məhz Bakı və Abşeron yarımadasını əhatə edən LTE (4G) şəbəkəsinə xidmət edir və yüksək internet sürəti ilə bərabər, “CSFB” sistemi üzərindən səsli rabitəni dəstəkləyir. 2013-cü ildə “Ookla Net İndex” tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, Azərbaycanda ən yüksək mobil internet sürətini məhz “Azercell” şirkəti təmin edir. Bundan əlavə, hər ikinci abunəçi fəal mobil internet istifadəçisi olduğu halda, “Azercell” abunəçiləri arasında mobil internetdən istifadənin artım göstəricisi 120%-dən artıq olub”.
K. Qaburiçin sözlərinə görə, 2013-cü il “Azercell” üçün “ASAN İmza”, “Ağıllı Ev” və s. layihələrlə yadda qalıb:
“Ötən il ərzində “Azercell” dünyanın 100-dən artıq operatoru ilə rouminq tariflərini endirib. Paytaxtda və regionlarda öz xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsini davam etdirib. Hazırda 560-dan çox müxtəlif xidmət məntəqəsi fəaliyyət göstərir. Bu gün şirkətin mobil rabitə şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir, abunəçilərin sayı isə 4,5 milyon nəfərə çatıb. 2013-cü ildə “Azercell” dövlət büdcəsinə təqribən 111 milyon manat, ölkədə fəaliyyət göstərdiyi 17 il ərzində isə 1 milyard manat vəsait ödəyib. Ötən il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 84.5 milyon manat, 17 il ərzində isə 1 milyard manat sərmayə yatırıb. 2013-cü il ərzində şirkət öz əməkdaşlarının peşəkar inkişafına da 1 milyon manat xərcləyib. Sosial layihələrin həyata keçirilməsinə 0,4 milyon manat vəsait sərf edib”.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL