waplog

“Boeing” xüsusi xidmət orqanları "öz-özünə məhv olan" üçün smartfon təqdim edib


“Reuters” agentliyi yazır ki, “Boeing” şirkəti xüsusi xidmət orqanları üçün "öz-özünə məhv olan" “Black” smartfonunu təqdim edib. Bu haqda şirkətin ABŞ Federal Rabitə agentliyinə təqdim etdiyi sənədlərdə yazılıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, aparat daxil olun zəngləri şifrləyir, “Boeing Black” cihazının korpusunu açmağa cəhd etdikdə isə bütün məlumatları məhv edir və işləmir.
Qurğu ABŞ-da hazırlanıb. Ölçüsünə görə “iPhone”dan bir qədər böyükdür.

“Android” əməliyyat sistemi ilə işləyən smartfon “WCDMA”, “GSM” və “LTE” şəbəkələrində iki SIM kartla iş rejimini dəstəkləyir.

Şirkət “Boeing Black” smartfonunun çıxarılma tarixi və qiyməti haqqında məlumat verməyib.
Qurğunun hazırlanmasına 36 ay vaxt sərf olunub.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL