waplog

Elektron bildirişlər əmək kitabçalarını əvəzləyəcək


Azərbaycanda əmək kitabçalarının yerinə elektron bildirişlər fəaliyyət göstərəcək. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov danışıb. O bildirib ki, buna görə də ölkədə əmək kitabçaları ləğv ediləcək.
 
“Cəmiyyətdə hər bir işəgötürən işə götürdüyü istənilən yeni adamla müqavilə bağlayan zaman onun haqqında bütün məlumatı elektron bazadan ala biləcək” – deyən nazirin qənaətincə, elektron mövcudluğu əmək kitabçalarına olan tələbatı aradan qaldırır. Hər hansı bir əmək kitabçasına əlavə ehtiyacın qalmayacağını önə çəkən S.Müslümov qeyd edib ki, bu, bütün dünyada sınanmış sivil qaydadır və hər yerdə tətbiq olunur:
 
“Azərbaycanda da bu proses sürətlə həyata keçiriləcək. Hazırda qanun və Nazirlər Kabinetinin bizə göndərdiyi tapşırıqlara uyğun olaraq, müvafiq tədbirlər həyata keçiririk. Bütün müvafiq proqram təminatları hazırdır. Qayda layihələri hazırlanıb, hazırda digər mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Düşünürəm ki, yaxın günlərdə bu barədə artıq təchizata başlanacaq. Bu da yekun nəticədə Azərbaycanda əmək kitabçalarının ləğvinə gətirib çıxaracaq”.
 
Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL