Yaponiyada meşəqıran robot yaradılıb
Yaponiyanın “Marutomi Seiko” şirkətinin və Qrifu Universitetinin mütəxəssisləri əsas vəzifəsi ağacın gövdəsi ilə hərəkət etmək və qol-budaqları kəsməkdən ibarət olan robot-meşəqıran yaradıblar.
Mütəxəssislərin sözlərinə görə, robot enerjiyə qənaətcil zəncirli mişarla təchiz edilib və onu ağacın quruluşuna uyğun quraşdırmaq mümkündür. Aparatın meşəqıran insanlara qol-budaqların kəsilməsi kimi təhlükəli işdə yardımçı olacağı gözlənilir.
Çəkisi 13 kq təşkil edən robot-meşəqıran diametri 6-25 sm olan ağacların gövdəsi üzrə yuxarı və aşağı hərəkət edə bilir. Gövdə üzrə hərəkət sürəti dəqiqədə 25 santimetrə bərabərdir. Robotun özəlliyi ondan ibarətdir ki, qol-budaqlar kəsilən zaman o, gövdə üzrə yerdəyişmə ötürücüsündən istifadə etmir, çəkisinin ağırlığı ilə özünü saxlayır. Kəsilən qol-budaqların diametri beş santimetri ötməməlidir.
Robot-meşəqıran artıq otaqda düz taxta dirəkdə və meşədə düz gövdəli ağaclarda sınaqdan keçirilib. Robot haqqında ətraflı məlumat hələ ki verilmir. Aparat ilk dəfə 2013-cü ildə “IEEE ICMA” beynəlxalq sərgisində təqdim olunub, - "Lenta www.lenta.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL