waplog

Radiokarbon metodu ilə yaşın təyini üzrə Azərbaycan təcrübəsi Polşada nümayiş ediləcək


AMEA Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Nüvə İnformasiya Sistemi Milli Mərkəzinin rəhbəri, kimya üzrə fəlsəfə doktoru Dinara Abbasova martın 13-də Polşa Elmlər Akademiyasının Geologiya İnstitutunda (Varşava şəhəri) “Radiokarbon üzrə yaşın təyini metodunun təcrübi tətbiqi” mövzusunda məruzə ilə çıxış edəcək.
 
AMEA-dan verilən məlumata görə, məruzə polyak dilində təqdim olunacaq.
 
Qurumdan qeyd edilib ki, D.Abbasova radiokarbon metodu ilə yaşın öyrənilməsi metodunun təcrübi tətbiqi üçün Avropa Komissiyasının xətti ilə Polşa Elmlər Akademiyasının Geologiya İnstitutunun “İzotop yaş təyin olunması” laboratoriyasına dəvət olunub. Hazırda D.Abbasova beş müxtəlif kalibrasiya metodundan istifadə etməklə təcrübi qurğunun qurulmasını yekunlaşdıraraq ilkin nəticələr əldə edib. Nümunələr eyni zamanda, Polşada AMS sistemi ilə və Xorvatiyada LSC-B metodu ilə öyrənilib.
 
 Alınmış nəticələrin yüksək dəqiqliklə təyin olunması radiokarbon metodu ilə yaşın öyrənilməsi zamanı “Perkin Elmer” şirkətinin yeni “Oxidizer” sistemindən istifadənin mümkünlüyünü təsdiq edir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL