Elm və texnologiyanın inkişafı AMEA-nın strukturunda islahatlara ehtiyac yaradıb
Elm və texnologiyanın inkişafı, yeni elmi istiqamətlərin meydana çıxması Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdindəki bəzi institutların fəaliyyətinin genişlənməsi ilə müşayiət olunur.
Bu proses AMEA-nın strukturunda islahatlara ehtiyac yaradıb. Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin növbəti iclasında bildirib. Yaranan zərurəti nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi elmi müəssisələrin adları dəyişdirilib.
Həmçinin yeni institutların yaradılması nəzərdə tutulur. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının
İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda Neft və Qaz Elmi Tədqiqat İnstitutu, Dünya Siyasəti İnstitutu və Elm Tarixi İnstitutunun yaradılması məqsədi ilə zəruri tədbirlərin icrası haqqında qərarlar qəbul olunub.
Həmçinin qərara alınıb ki, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından “sosiologiya” sözü götürülsün, Mərdəkan Dendrarisi - Dendralogiya İnstitutu, Kibernetika İnstitutu - İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılsın.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL