waplog

Mobil rabitədə radiotezliklərin effektiv istifadəsi Minskdə müzakirə ediləcək


Aprelin 14-18-də Minskdə (Belarus) Regional Rabitə Birliyinin (RRB) növbəti tədbirləri keçiriləcək.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, qeyd edilən tarixlərdə RRB-nin VKR-15/AR-15-ə hazırlıq üzrə işçi qrupun 4-cü iclası və radiotezlik çeşidinin və peyk orbitlərinin tənzimlənməsi üzrə RRB-nin Komissiyasının 5-ci iclası keçiriləcək.
 
İclaslarda ötən il dekabrın 3-də Bakıda keçirilən RRB-yə üzv olan ölkələrin və sərhədyanı dövlətlərin 694-790 MHz radiotezlik zolaqlarının perspektiv və effektiv istifadəsi üzrə yüksəksəviyyəli görüşün nəticələrinin müzakirə ediləcəyi gözlənilir.
 
Eyni zamanda, VSAT peyk terminallarının Ku və Ka tezlik diapazonlarında istifadəsinin tənzimlənməsi üzrə hüquqi-normativ bazanın harmonizasiyası, radiotezlik diapazonlarının ayrılması və istifadəsinə görə ödənişin qəbulu, kiçikradiuslu qurğular üçün tezlik zolaqlarının istifadəsi, həmçinin 790-862 МHz, 2300-2400 МHz , 2500-2700 və 3400-3600 МHz zolaqlarında simsiz qoşulma sistemlərinin, RRB üzv ölkələrində radioyayım xidmətlərinin 470-790 МHz tezlik diapazonunda radiotezlik çeşidinə tələbatın ödənilməsi məsələləri müzakirə ediləcək.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL