waplog

Bakıda “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda “dəyirmi masa” keçiriləcək


Multimedia Mərkəzi “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda “dəyirmi masa” təşkil edəcək.

Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, toplantıda mərkəzi  və yerli icra orqanlarının  informasiya açıqlığı ilə bağlı Multimedia Mərkəzi tərəfindən aparılan monitorinqlərin yekunu haqqında hesabat təqdim olunacaq.

“Dəyirmi masa”da, həmçinin elektron formaya keçirilməsi vacib hesab olunan kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətlərin siyahısı təqdim olunacaq. 

Siyahı Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə birgə hazırlanıb.

“Dəyirmi masa”da dövlət orqanlarının, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq  təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL