Aktiv əmək bazarının idarə olunması üçün informasiya və idarəetmə sistemi yaradılıb
“Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sistemi yaradılıb. Həmçinin İSCO 88/08-ə uyğun təkmilləşmiş peşə və müvafiq təlim standartları hazırlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının (DB) birgə icra etdiyi layihə işsiz və işaxtaran vətəndaşlara, eləcə də əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsində, əmək hüquqlarının təminatına dövlət nəzarətinin maddi-texniki və institusional potensialının artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Larisa Lesçenko ilə görüşündə qeyd edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə S.Müslümov aparılan işlərin qeyd olunan sahələrdə fəaliyyətin müasir beynəlxalq standartlara cavab verən yanaşmalar əsasında qurulmasına imkanlar yaratdığını bildirib, hazırda qabaqcıl dünya təcrübəsi əsasında əlil şəxslərin tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi, həmin vətəndaşlar üçün yeni reabilitasiya xidməti növlərinin tətbiq olunması, əlilliyin müəyyən edilməsi meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması işlərinə başlanıldığını vurğulayıb: “İnkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulması məqsədilə nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatlar həyata keçirilir.
Nəzərdə tutulan institusional islahatların və qanunvericiliyin təkmilləşdirilməsinin daha bir nəticəsi kimi, əhaliyə xidmət sahələrində şəffaflığın təmin olunması tam reallaşacaq, göstərilən xidmətlər daha keyfiyyətli olacaq”.
Nazir qarşıdakı dövrdə əməkdaşlığın əhaliyə xidmət sektorlarında, o cümlədən sosial yardım və əlillik təyinatı sahələrində şəffaflıq və ünvanlılığa xidmət edən və qabaqcıl dünya təcrübəsinə uyğun sivil metodların tətbiqi istiqamətində də davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL