waplog

“Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na dəyişiklik edilib



Azərbaycanda “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na dəyişiklik edilib.

Azərbaycan Nazirlər Kabineti 2007-ci il 1 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na dəyişiklik edib.
 
“İCTnews” xəbər xidmətinin məlumatına əsasən, dəyişiklik radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunmasını nəzərdə tutur.
 
Sərəncama əsasən, Qaydaların 2.9-cu bəndində “Respublikanın ərazisində fəaliyyət göstərən radiohəvəskarların Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı Radiotexniki Məktəbi”nin sözlərinin əvəzinə, bundan sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində  “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi MMC”-nin sözləri qeyd ediləcək.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL