waplog

Yaponiyada kompüter-qulaqcıq sınaqdan keçirilir


Yapon mühəndisləri “Earclip-type Wearable PC” miniatür kompüterini sınaqdan keçirməyə başlayıblar. Qurğunun çəkisi 17 qr-dır və istifadəçi onu qulağına bərkidir.
 
Qurğu daxili GPS ötürücüsü, kompas, jiroskop, barometr, spiker, mikrofon, məlumat saxlancı və batareya ilə təchiz edilib. Cihazı qaş, dil və baş nahiyəsindəki başqa mikro hərəkətlərin köməyi ilə idarə etmək mümkün olacaq.
 
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, əmrlərin oxunması üçün əzələ yığılmalarına reaksiya verən infraqırmızı ötürücüdən istifadə olunur. Xirosima Universitetindən Kazuxiro Taniquçi izah edib ki, qurğu kosmonavtlar, motosikletçilər və ya, məsələn, qayalara dırmaşan idmançılar üçün əlverişli olacaq: onların hər iki əli, bir qayda olaraq, məşğuldur və buna görə də "üçüncü əl” onlara mane olmayacaq.
 
Cihaz, həmçinin insanın fizioloji vəziyyəti haqqında məlumatları əldə etmək bacarığına malikdir – bu səbəbdən qurğu yaşlı insanları müşahidə etmək üçün tətbiq edilə bilər.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL