“IBM”-in əməkdaşlarının sayı 10 ildə ilk dəfə azalıb
“International Business Machines” (IBM) korporasiyası 10 ildə ilk dəfə əməkdaşlarının sayının azalmasını qeydə alıb.
Şirkətin məlumatına əsasən, 2013-cü ilin sonunda 431212 işçi qeydə alınıb ki, bu da 2012-ci illə müqayisədə 0.7% azdır.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sonuncu dəfə “IBM”-də ixtisarlar 2002-ci ildə olub: o zaman əməkdaşların sayı bir ildə 1,2% azalıb.
Hesablama xidmətləri bazarında lider olan “IBM” korporasiyası qarşıya qoyulmuş hədəfə (2015-ci ilədək düzəliş edilmiş gəliri 20 ABŞ dollarına çatdırmaq) nail olmaq üçün xərcləri azaltmağa çalışır.
Planı yerinə yetirmək üçün “IBM”-in direktoru Cinni Rometti əməkdaşlarını ixtisar edir və onları ödənişsiz məzuniyyətə göndərir, aktivləri satır, vergi dərəcəsini aşağı salır və şirkətin səhmlərini satın alır.
2013-cü ildə “IBM” şirkəti kadr heyətindəki islahatlara 1 milyard dollar xərcləyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL