waplog

“Rabitə” “Dördlər finalı”nda uğurun bir addımlığındadır


Bu ayın 15-16-da qadın voleybolu üzrə Çempionlar Liqasının final mərhələsi keçiriləcək. Bakıda baş tutacaq “Dördlər finalı”nda “Rabitə BAKI” (Azərbaycan), “Dinamo KAZAN” (Rusiya), “VakifBank İSTANBUL” (Türkiyə), “Eczaçıbaşı VitrA İSTANBUL” (Türkiyə) öz güclərini sınayacaqlar.
 
Final öncəsi “Rabitə”nin voleybolçusu Nataşa Krsmanoviç hazırlıqları barəsində danışaraq qələbə qazanacaqlarına inandıqlarını vurğulayıb.
 
2009/2010 mövsümünün pley-off mərhələsində Bakı klubuna transfer olunan və bu komanda ilə 4 dəfə Azərbaycan çempionu adını qazanan serbiyalı blokçu Çempionlar Liqasının “Dördlər finalı”nda uğurun bir addımlığında olduqlarını söyləyib:
 
“Təəssüf ki, bundan öncə iştirak etdiyimiz hər 2 “Dördlər finalı”nın heç birində kuboku başımız üzərinə qaldıra bilmədik. Bu da onu göstərir ki, həqiqətən də qələbə üçün nəsə çatmırdı. Bu üzdən də Bakıdakı həlledici mərhələyə daha səylə hazırlaşmışıq. Təcrübə və bacarığımızdan istifadə edib, komanda oyunu üzərində çalışmışıq. Yoxlama oyunları da bu mənada işimizə çox yarıyacaq. Səbirsizliklə həlledici qarşılaşmaları gözləyirik. Biz orada ən yaxşı oyunumuzu göstərib, azarkeşlərimizi sevindirmək, onların inamını qaytarmaq istəyirik. İnanıram ki, Çempionlar Liqasını qazanıb, bu qələbəni Azərbaycan xalqına və fanatlarımıza hədiyyə edəcəyik”.
 
 
Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL