Bu ilin yanvarında çip bazarında rekord qeydə alınıb
Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) 2014-cü il yanvar ayının nəticəsinə görə dünya çip bazarının həcmini 26.3 milyard dollar məbləğində qiymətləndirib. Ötən ilin müvafiq ayı ilə müqayisədə mikrosxem satışlarının həcmi 8,8% artıb.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər deyirlər ki, cari ilin birinci ayı yarımkeçirici sənayesi tarixində ən uğurlu olub.
2014-cü ilin yanvarında ötən ayla müqayisədə qlobal çip satışlarının həcmi 1,4 faiz azalıb: 2013-cü ilin dekabrında bazarın həcmi 26,65 milyard dollar olub və bu azalma mövsümi amilə görə ənənəvi hal alıb.
"2013-cü ildə yarımkeçirici sənayesində rekord gəlir əldə olunub və 2014-cü ilə uğurlu start verilib ki, bu da əsasən Amerika qitəsindəki güclü göstəricilərlə bağlıdır – “SIA”-nın prezidenti və icraçı direktoru Brayan Tuxi deyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL