waplog

Dubayda 160 min nəfərlik “ağıllı” şəhər inşa ediləcək


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) özünü enerji və digər resurslarla tam təmin edən “ağıllı” şəhər tikiləcək. Bu barədə “Arabian Business” nəşri məlumat verib.

Layihənin Dubayın Əl-Avir yaşayış məntəqəsi yaxınlığında həyata keçirilməsi planlaşdırılır. “Ağıllı” şəhərdə bütün binaların damları ümumi gücü 200 meqavat təşkil edən günəş panellərlə təchiz ediləcək. Bundan başqa, şəhər 40 min kubmetrdən artıq suyu emal edəcək. Yaşayış yeri səhra gülü şəklində tikilməklə “yaşıl” məntəqələrlə əhatə olunacaq. 

2020-ci ilədək tikintisinin başa çatdırılması və 160 min nəfərin yaşaması üçün nəzərdə tutulan şəhərin sahəsi 5660 hektarı ötəcək. Layihənin dəyəri barədə məlumat verilmir.   

Bundan başqa, BƏƏ baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum ölkədə küçə və binaların ənənəvi adlandırılması sisteminin dəyişdirilməsi üçün QR-kodların (ikiölçülü ştrixkod) tətbiqi üzrə layihəni təsdiq edib. Ştrixkodlardan bu və ya digər obyekt haqqında bütün informasiyanı oxumaq mümkün olacaq, - "Lenta www.lenta.ru” yazır.

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL