Yüksək Texnologiyalar Parkı Azərbaycanın bütün iddialı şirkətlərini qlobal satış strategiyalarını aşılayan təlim kurslarında iştiraka dəvət edir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı Azərbaycanın bütün iddialı şirkətlərini qlobal satış strategiyalarını aşılayan "İdeyaların bazara çıxarılması" və "Qlobal iddialar, qlobal satış" mövzularında təşkil olunacaq təlim kurslarında iştirak etməyə dəvət edir.
Təlim kursları 2014-cü il 10 mart və 14-15 aprel tarixlərində Bakı şəhərində (Nizami küç., 203b, "AF Business House", 3-cü mərtəbə) keçiriləcək.
Bu təlimlər Azərbaycanın biliklərə əsaslanan iqtisadiyyatının dəstəklənməsinə istiqamətlənən proqramın tərkib hissəsi olaraq "YT Park" Azərbaycan tərəfindən təşkil edilib. Təlim kursları milli şirkətlərə beynəlxalq səviyyədə öz məhsullarının satışını və xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etmək məqsədi daşıyır.
Kurslar Texnoloji Sahibkarlıq Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, hazırda Barselonada yerləşən "ESADE" Biznes məktəbində fəaliyyət göstərən professor Kennet P.Morse tərəfindən aparılacaq. K.Morse dünya üzrə 10.000-dən artıq sahibkar üçün təlim proqramlarını və 20-dən artıq ölkədə seçilmiş yüksək potensiallı şirkətlər və aparıcı rəhbərlər üçün beynəlxalq səviyyədə akselerator proqramının təlimini aparıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL