Yaponiya hökuməti “Bitcoin” valyutasını pul vahidi kimi qəbul etmir
Yaponiya hökuməti “Bitcoin” virtual valyutasına dair mövqeyini bildirən xüsusi əmr verib. Hökumət nümayəndələri virtual valyutanı qanunvericilik səviyyəsində qadağan etmək niyyətində olmadıqlarını bildirsələr də, onu pul vəsaiti və ya onun ekvivalenti kimi qəbul etmədiklərini bəyan ediblər.
Bunu nəzərə alan hökumət nümayəndələri qeyd edirlər ki, “Bitcoin”in fəaliyyətini tənzimləmək mümkün olmadığından banklara öz maraqları və ya müştərilərin maraqları naminə bu ödəniş vasitəsilə işləmək qadağan edilib. Rəsmi Tokionun “Bitcoin” ilə mübarizəsinin əsasını bu ödəniş vasitəsinin dünyada heç bir maliyyə institutu tərəfindən tənzimlənməməsi və zəmanət verilməməsi, eləcə də stabil ödəniş qabiliyyətinə malik olmaması təşkil edir.
Bundan başqa, hökumət rəsmiləri vurğulayırlar ki, hazırda “Bitcoin”in real iqtisadi əsasa malik olmayan məzənnəsinin dəyişməsi riski ilə üzləşməsi çox yüksəkdir. Məsələn, 2011-ci ildə 1“Bitcoin”in dollara nisbəti 2 dollar təşkil etdiyi halda 2013-cü ilin payızında 1000 dollarlıq həddi ötdükdən sonra iki dəfədən çox aşağı düşüb.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL