Xəzər - Qara dəniz regionu ölkələrinin telekommunikasiya sahəsində inkişafı müzakirə ediləcək
Bakıda Xəzər - Qara dəniz regionu ölkələrinin telekommunikasiya sahəsində inkişafı və perspektivləri müzakirə ediləcək.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, Bakıda birinci beynəlxalq Xəzər Enerji Forumu keçiriləcək. Bu il aprelin 23-də reallaşdırılması nəzərdə tutulan tədbirdə Xəzər - Qara dəniz regionu ölkələrindən və Avropa İttifaqından nümayəndələr iştirak edəcəklər.
Bununla belə, Cənubi Afrika Respublikasından İslandiyayadək olan şirkətlərin nümayəndələrinin foruma qatılacağı gözlənilir.
Tədbir iki hissədən ibarət olacaq. Birinci hissədə neft-qaz, enerji və ekologiya sahələrinin, ikinci hissədə isə qeyri-neft sektorunun - maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və digər qeyri-neft sahələrinin inkişafı məsələlərinə həsr olunacaq.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL