waplog

“İCANN” internet təşkilatının rəhbəri istefa verir


İnternetin domen sahəsinin idarə edilməsi üçün məsuliyyət daşıyan “İCANN” internet təşkilatının rəhbəri Rod Bekstrom öz postundan istefa vermək niyyətindədir. “İCANN”-dan bildiriblər ki, “İCANN” təşkilatının prezidenti və icraçı direktoru postunu tutan Bekstrom cari əmək müqaviləsi bitdikdən sonra yeni müddət üçün təşkilatı iddia etməyəcək. Qeyd edək ki, Bekstromun cari müqaviləsi 2012-ci ilin iyul ayında bitir. Bekstrom gediş səbəbi haqqında kifayət qədər qısa danışıb: "Bu, çətin işdir. “İCANN” bir çox aspektlərdə son instansiya sayılır , bu isə nəhəng məsuliyyət yükü deməkdir".
Məlumat üçün qeyd edək ki, “İCANN” təşkilatı ABŞ Ticarət Nazirliyinin tərkibindən ayrılıb. Əvvəl internetin domen sahəsinə faktiki olaraq ABŞ hökuməti nəzarət edirdi. Bu gün “İCANN” təşkilatı rəsmi olaraq müstəqildir, amma yenə də əvvəlki kimi büdcəsinin bir hissəsini Amerika vergi verənləri təmin edir. Bekstrom “İCANN” təşkilatından əvvəl ABŞ Daxili təhlükəsizlik departamentinin, həmçinin ABŞ Milli kibertəhlükəsizlik mərkəzinin direktoru olub. “İCANN” təşkilatında onun illik maaşı 750 000 dollar təşkil edir.


cybersecurity.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL