waplog

Azərbaycanda “Onlayn şəffaflıq” mövzusunda monitorinqin nəticələri yaxın bir ay ərzində təqdim ediləcək



Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən icra olunan Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi  çərçivəsində “Onlayn şəffaflıq” mövzusunda araşdırmalar aparılır.
 
“ICTnews” xəbər xidmətinin verdiyi məlumata görə, bu barədə İctimai Birliyin icraçı direktoru Rəna Səfərəliyeva məlumat verərək bildirib ki, cari ilin aprel ayında ölkənin dövlət qurumlarının, o cümlədən yerli Mərkəzi İcra hakimiyyətlərinin “Onlayn şəffaflıq” ilə bağlı monitorinqin nəticələri  geniş ictimaiyyətə təqdim ediləcək.
 
“Bir çox qurumlar kağızdan ayrıla bilmirlər. Misal üçün, baxmayaraq ki, Ədliyyə Nazirliyinin rəsmi saytında qrantın mövcudluğunu yoxlamaq üçün xüsusi bölüm var, bəzi qurumlar mütləq bunu təsdiqləyə biləcək möhürlü, imzalı kağız sənəd tələb edirlər. Bunun əsas səbəbi müəyyən vəzifələrin icraçılarının mentaliteti və elektron sənəd dövriyyəsi ilə, onlayn kargüzarlıqla bağlı qanundakı boşluqlardır”,- deyə o bildirib.
 
R. Səfərəliyevanın sözlərinə əsasən, artıq bu gün monitorinqin ilkin nəticələrinə əsasən demək olar ki, elektron xidmətlərin təşkilində ictimaiyyətin iştirakı çox  aşağı səviyyədədir, dövlət qurumlarının  ictimaiyyətlə məsləhətləşmə səviyyəsi aşağı səviyyədədir.
 
Yerli icra hakimiyyətlərinin saytları əsasən bu qurumların fəaliyyətinin reklamına həsr edilib, elektron xidmətlərin sayı çox azdır və olan xidmətlər o qədər də reklam edilmir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL