waplog

Ünvanlı sosial yardım ödənişi üçün bütün plastik kartlar yeniləri ilə əvəz olunacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardımın bankomatlar vasitəsilə alınması üçün verilmiş bütün plastik ödəniş  kartlarının yeniləri ilə əvəz olunması nəzərdə tutulur. Bu tədbir ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişi sistemində neqativ halların aradan qaldırılması və şəffaflığın təminatı istiqamətində aparılan islahat tədbirlərinin davamı olaraq həyata keçiriləcək.
 
Yeni plastik kartların sifariş olunması üçün nazirlik yaxın vaxtlarda satınalmalar haqqında qanunvericiliyin tələblərinə uyğun şəkildə bank müəssisələri arasında müvafiq qaydada açıq tender keçirəcək.
 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tenderin şərtlərinə uyğun olaraq hazırlanmış yeni plastik ödəniş  kartları ünvanlı yardım təyinatı aparılmış vətəndaşlara bank müəssisələri tərəfindən şəxsən təqdim ediləcək. Bu tədbir əvvəllər mövcud olmuş çatışmazlıqların aradan qalxmasına, təyin olunmuş yardımı almaq üçün verilən plastik kartların məhz aztəminatlı ailələrin özlərində olmasına gətirib çıxaracaq.
 
 
Qeyd edək ki, cari ilin 1 fevral tarixinə respublikada 135 min ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Ünvanlı sosial yardım alan ailələrin siyahısı nazirliyin “www.mlspp.gov.az” adlı rəsmi internet saytının ön səhifəsində yerləşdirilib.
 
                                        
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL