waplog

Azərbaycandaqlobal “Startup Weekend” tədbiri keçiriləcək


18-20 aprel tarixlərində Bakıda qlobal formatlı "Startup Weekend" tədbiri keçiriləcək. Müstəqil mütəxəssislər, "Startup Weekend" Qlobal Forumu tərəfindən təşkil edilən, Yüksək Texnologiyalar Parkının, "Startup Azerbaycan" və digər sponsorların dəstəyi ilə təşkil edilən tədbir çərçivəsində sahibkarlar, startap entuziastları, marketerler, dizaynerlər və proqramçılardan ibarət komandalar yaradılacaq. Komandalar innovativ texnologiyalar əsasında startaplar quracaq və münsiflər heyəti qarşısında təqdimatla çıxış edəcəklər.

Yarışda iştirak edən komandaların üç gün ərzində startapı tam formalaşdıraraq işlək halda təqdim etmələri və ümumilikdə prosesin effektivliyini təmin etmək üçün iştirakçılara "mentor" statuslu peşəkarlar tərəfindən məsləhətlər veriləcək. Təşkilat Komitəsindən bildirilib ki, tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçərək tədbirə bilet alınmalıdır: "Adətən "Startup Weekend"də iştirakın qiyməti $75-$150 arasındadır. Sizin biletinizə 3 gün ərzində 7 dəfə yemək və qəlyanaltılar, kofe və bizim sponsorlardan eksklüziv fürsətlər daxildir". Komandalarin fəaliyyəti peşəkarlar tərəfindən qiymətləndirilir. Belə ki, texniki və startup sahələrində çalışan liderlər tədbirdə ekspert və hakim olaraq iştirak edirlər.

Komandalar üçün tövsiyələrə gəlincə, təqdimatlar tədbirdə komandanı tapmaq və formalaşdırmaq üçün birinci əhəmiyyətli addımdır. Komanda üzvləri 60 saniyə ərzində özünü təqdim etməli, həll etdiyi məsələ və onun həll yolları haqqında, həmçinin üstünlükləri haqda məlumat verməlidirlər: "Vaxt bitdikdən sonra siz yerinizə dönməlisiniz və digər iştirakçıların təqdimatlarını izləməlisiniz. Unutmayın ki, hər şeydən əvvəl iştirakçılar vaxtı yaxşı dəyərləndirməli və seçilməyə çalışmalıdırlar. Təqdimatlara qulaq asdıqda sizi maraqlandıran insanlar və fikirlər haqda qeydlər edin. Təqdimatlar bitdikdən sonra, iştirakçılarla ünsiyyət qurmaq üçün 45 dəqiqə verilir. Diqqətinizi çəkən insanlar və ideyalar haqda daha çox öyrənib, komanda qurmaq üçün sizə uyğun olan, komandanızı tamamlayacaq iştirakçıları tapmağa çalışın. Yaxşı komanda - məhsulu işləyib hazırlaya bilən, istehlakçıları nəzərə alan, hərtərəfli təqdimat hazırlayan, məhsulun və biznesin işlək olduğunu təsdiq edə bilən, enerjili və bir-biri ilə uyğunlaşan insanlardan ibarət olmalıdır".


Qeyd edək ki, "Startup Weekend" startap yaradılması  və qlobal sahibkarlığın maarifləndirməsində aparıcı katalizatorlardan biridir. Məqsəd sahibkarları maarifləndirmək və ilhamlandırmaq, onlara startapların yaradılmasında zəruri motivasiya və tanışlıqları təqdim etməkdir.

Əsası 2007-ci ildə qoyulan bu qeyri-kommersiya tədbiri fəaliyyətini genişləndirərək, qlobal  ictimai hərəkata çevrilib. Həmin ildən başlayaraq, "Startup Weekend" 107-dən çox ölkədə keçirilib və bu foruma ümumi olaraq 100.000-dən artıq sahibkar cəlb edilib. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranıb və müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir.  

Tədbir indiyə qədər 100.000 sahibkarın maarifləndirilməsinə kömək göstərib, bu günədək 100-dən artıq ölkədə 1000-dən artıq tədbir keçirib. 2000-dən artıq təşkilatçı və könüllülər "Startap Weekend"in uğurlarında təkanverici qüvvədirlər. "Startap Weekend" yeni ortaqlarla qarşılaşmaq, ideyalarınızı qurmaq və təsdiq etməyi öyrənmək, ideyaları qısa və dürüst şəkildə ifadə etmək fürsətlərini yaradır. "Startup Weekend" iştirakçılarının, demək olar ki, yarısı texniki və dizayn sahələrində çalışırlar. İştirakçıların qalan qismi isə biznes sahəsində çalışanlardır.

Tədbirin ənənəvi mərhələlərinə gəlincə, "Startup Weekend" cümə günü çıxışlarla başlanır. Çıxışlarda iştirakçılar ən maraqlı ideyalarını təqdim edərək başqalarını öz komandalarına cəlb etməyə çalışırlar. Şənbə və bazar günləri komandalar ideyalarının inkişafı və təsdiqi, "LEAN Startup" metodologiyaları və minimal "viable product" quruluşu üzərində işləyirlər. Bazar günü komandalar ekspertlər tərəfindən qiymətləndirilən məhsulları nümayış etdirirlər. Təşkilat Komitəsindən bildirilib ki, "Startup Weekend"də iştirak bir çox imkanlar qazandırır.

Belə ki, "Startup Weekend" yaratmaq vasitəsi ilə öyrənmək imkanını təqdim edir: "Sadəcə, nəzəriyyəyə qulaq asmayın, şəxsi strategiyanızı qurun və onu sınayın. "Startup Weekend" yaşadığınız cəmiyyətin kreativ və yaradıcı nümayəndələrini bir araya gətirir. Tədbirdə iştirakınız sizə uzunmüddətli tanışlıqlar təqdim edir və hətta layihəniz üçün investorla və ya işlə təmin edə bilər. Tədbir həmçinin, iştirakçıları kreativ yanaşmaya çağıraraq, yeni əsaslar üzərində işləmək, yeni proqramlaşdırma dilini öyrənmək və ya başqa yenilikləri kəşf etməyə imkan verir".

Qeyd olunur ki, "Startup Weekend"də yaradılan startupların 36%-dən çoxu tədbirdən 3 ay sonra da fəaliyyətlərini davam etdirirlər. Eləcə də tədbirdən sonra iştirakçılarının təqribən 80%-i komandaları ilə çalışmağı davam etməyi planlaşdırırlar. Dünyanı dəyişmək məqsədində olan 45.000 "Startup Weekend" məzunlarına qoşulun".
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL