waplog

"Leqo" detallarından işlək klaviatura yığıblar


"Leqo" həvəskarı Ceyson Allemann konstruktor detallarından kompüter klaviaturası yığıb. Klaviatura tamamilə işləkdir, mətnin və başqa əməliyyatların daxil edilməsi üçün istifadə oluna bilər.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Allemann öz layihəsi üçün küçədən tapdığı PS/2 konnektora malik köhnə klaviaturadan (plata, rezin lövhə və kompüterə qoşulma üçün kabel) istifadə edib. Başqa elementləri "Leqo"dan hazırlayıb.

Klaviaturanın korpusu, klavişlər və təkanverənlər konstruktordan hazırlanıb.

 
Ceyson Allemann "Leqo" konstruktorundan ən azı 2005-ci ildən istifadə edir.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL