waplog

Elastik ekran bazarında artım gözlənilir


Yaxın vaxtlarda qlobal elastik ekran bazarında artım gözlənilir. Bu, sözügedən məhsulun tətbiq sahəsinin genişlənməsi ilə izah edilir.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Tayvanın “Industrial Economics and Knowledge Center” tədqiqat mərkəzinin mütəxəssisləri hesab edirlər ki, hazırda mobil qurğu və televizorlarda tətbiq edilən elastik ekranlar tezliklə başqa sahələrdə (daşınan elektronika bazarı, pərakəndə ticarət seqmenti, səhiyyə sektoru və hətta arxitektura) istifadə ediləcək.

Hesab edilir ki, 2018-ci ilədək mobil telefonlar üçün qlobal elastik ekran tədarükünün həcmi 8,35 milyona çatacaq. 2014-cü ildə bu göstərici 310 min olacaq. Bundan başqa, tezliklə planşetlər də sözügedən ekranlarla təchiz olunacaq.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL