“Apple” kartoqrafiya tətbiqini təkmilləşdirəcək
“Apple” şirkəti “iOS” əməliyyat sisteminin tərkibinə daxil olan "Xəritə" tətbiqini təkmilləşdirəcək. Bu haqda “Apple” planları ilə tanış mənbələrə istinad edərək “9to5Mac” nəşri yazıb. Təkmilləşdirilmiş "Xəritə" “iOS 8” sistemi ilə birgə təqdim olunacaq.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, birincisi, xəritədə daha çox "nöqtə" (məsələn, mağaza, kafe, bankomat və sair) olacaq. Bundan başqa, istifadəçi nəqliyyat infrastrukturu obyektlərini (yollar, aeroport, vağzal, avtobus dayanacaqları) daha asanlıqla tapacaq.
İkincisi, "Xəritə" tətbiqi ictimai nəqliyyatda gediş üçün marşrutlar çəkməyə icazə verəcək. Proqram istifadəçidən təyinat nöqtəsinə gediş üsulunu (məsələn, piyada, avtomobil və ya avtobusla) soruşacaq və müvafiq marşrut təklif edəcək.
2012-ci ilədək “iOS” platformasında “Google Maps” xəritəsi istifadə olunub. “iOS 6” sisteminin çıxarılması ilə “Apple” şirkəti öz xəritəsindən istifadəyə qərar verib. Yeni kartoqrafiya tətbiqi çoxsaylı qeyri-dəqiqliklər üçün tənqid edilmişdi.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL