waplog

İtaliyalılar 485 dollarlıq saat-smartfon istehsal ediblər


İtaliyanın “Exetech” şirkəti 485 dollarlıq “XS-3” saat-smartfon istehsal edib. Cihazın çəkisi 66 qramdır və görünüşcə böyük elektron saatı xatırladır. “XS-3” cihazında sensor ekranının diaqonalı 1,54 düym, təsvir ölçüsü 240×240 nöqtə təşkil edir və “3G” şəbəkəsində işləyir.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, sözügedən cihaz “MTK 6577” ikinüvəli prosessoru və 2 QB daxili yaddaş, “microSD” kartları üçün slot, “Bluetooth” və “Wi-Fi” modulları, 2 meqapiksellik kamera, GPS ötürücüsü ilə təchiz edilib. Akkumulyator batareyasının həcmi 420 milliamper/saatdır. Saat-smartfonun ölçüləri 6,46 × 4,40 × 1,76 mm təşkil edir.
 
“Exetech XS” saat-smartfonu “Android 4.0” əməliyyat sistemi ilə işləyir. Cihaz MP3 faylları, həmçinin 3GP/MP4 videosunu oxuyur.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL