Radiotezlik spektrinin idarəedilməsi üzrə İşçi qrupun 4-cü iclası işə başlayıb
Bu gün Daşkənddə (Özbəkistan) Radiotezlik spektrinin idarəedilməsi üzrə İşçi qrupun 4-cü iclasında və Peyk orbitlərinin və radiotezlik spektrinin istifadəsinin tənzimlənməsi üzrə RRB-nin komissiyası yanında radioyayım üzrə İşçi qrupun 4-cü iclası işə başlayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına görə, işçi qrupların iclasları martın 14-də birgə seksiyaların təşkili ilə yanaşı həyata keçiriləcək. Bu seksiya çərçivəsində RRB-nin “Müxtəlif radioxidmətlər tərəfindən 470-862 MHz radiotezliklər diapazonunun istifadə perspektivləri” hesabatının layihəsinin İşçi sənədinin strukturunun hazırlanması məsələsi müzakirə ediləcək. Bununla yanaşı, radioxidmətlər tərəfindən 470-862 MHz tezlik diapazonunun planlaşdırılmış və olan mövcud istifadəsinin analizi.
İşçi qrupların iclaslarında həmçinin peyk orbitlərinin və radiotezlik spektrinin istifadəsinin tənzimlənməsi üzrə RRB-nin Komissiyası tərəfindən təsdiq edilmiş iş planına uyğun olaraq məsələlərə baxılacaq.
Azərbaycanı qeyd edilən komissiyada Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev və Dövlət radiotezliklər komissiyasının katibi Salman Hüseynov təmsil edir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL