waplog

“Kodak” şirkətinin 10% patenti şirkətin özündən bahadır


“Eastman Kodak” şirkəti patentlənmiş texnologiyaların sahibidir. Onların dəyəri şirkətin qiymətindən bahadır. İntellektual mülkiyyətdə ixtisaslaşan MDB “Capital Group” investisiya bankının qiymətləndirilməsinə görə “Kodak” rəqəmsal şəkil (bu, ümumi patent portfelinin 10%-dir) sahəsində 3 milyard dollarlıq patentlərə malikdir. Şirkətin dəyəri isə 575 milyon dollar qiymətləndirilir. Keçən əsrin 90-cı illərində bu göstərici 30 milyard dollar olub, lakin plyonka foto bazarından getməsi və smartfonların geniş yayılması nəticəsində “Kodak” bir neçə il ərzində qiymətdə 98% itirib. Ekspertlər hesab edirlər ki, “Kodak” öz patentlərini mütləq “Apple” və ya “Samsung” kimi böyük istehsalçılardan birinə satacaq. Əks təqdirdə şirkət mənfi göstəricilərdən çıxa bilməyəcək.


www.dailycomm.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL