AMEA institutlarında “Vikipediya” ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu tədris olunacaq
Aprel ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
institutlarındakıviki-qruplara viki-texnologiyanın tətbiqi ilə internetdə yaradılan "Vikipediya" ensiklopediyasının nəzəri və praktiki əsasları tədris olunacaq. Kursun təşkili və tədrisi istiqamətində görüləcək işlər haqda AMEA-da keçirilən müşavirədə məlumat verilib. Akademiyanın Rəyasət Heyətində AMEA-nın akademik-katibi və müxbir üzvü Rasim Əliquliyevin rəhbərliyi ilə keçirilən və alimlərimizinkitabları və elmi əsərlərinin "Vikipediya" ensiklopediyasında təbliği məqsədilə institutlarda viki-qrupların təşkili ilə bağlı cari vəziyyətin müzakirəsinə həsr olunmuş müşavirədə qeyd edilib ki, Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması, qorunması və inkişafı alimlərimizin qarşısında duran mühüm vəzifələrdən biridir. Hazırda bu istiqamətdə AMEA-nın elmi müəssisələrində zəruri tədbirlər görülür ki, "Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları" kursunun tədrisi bu sahədə atılan addımlardan biridir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərovanın sözlərinə görə, institutun Tədris-İnnovasiya Mərkəzində bu məqsədlə Viki-Mərkəz yaradılıb. Mərkəzdə AMEA institutlarının əməkdaşlarından təşkil olunmuş viki-qruplara həm mühazirələr oxunacaq, həm də praktiki seminarlar keçiriləcək: "Kurs AMEA-nın institut və təşkilatlarında toplanmış informasiya resurslarının, həmçinin alimlərimizin bilik və təcrübəsinin gələcək nəslə ötürülməsində böyük əhəmiyyət kəsb edən "Vikipediya" ensiklopediyası ilə işləmək qaydalarının tədrisini nəzərdə tutur. Kurslarda elmi tutumlu materialların "Vikipediya"nın tələb və standartlarına müvafiq qaydada yerləşdirilməsi, viki-mühitdə real və potensial təhlükə mənbələrini vaxtında aşkar etmək, ölkəmizə qarşı aparılan informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlər görmək, analiz etmək və s. ilə bağlı lazımi bilik və təcrübə aşılanacaq". Hesab edilir ki, kurslar Azərbaycan ilə bağlı mühüm əhəmiyyət kəsb edən elmi məqalələrin, kitabların və digər məlumatların "Vikipediya" kimi qlobal informasiya resursunda öz əksini tapmasına əsaslı təsir edəcək.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL